Tovuzda 46 yaşlı piyadanı maşın vurub.
Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuzun Əyyublu kənd sakini, 1980-ci il təvəllüdlü Asif Əsgərovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
///Qafqazinfo











































