"Real Madrid"in ABŞ düşərgəsində zədə alan Arda Gülər müalicə üçün İspaniyaya qayıdıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3-5 ay meydandan uzaq qalacağı gözlənilən gənc ulduzdan şad xəbər gəlib.
İspaniya mətbuatında Ardanın ağrı hiss etmədiyi təqdirdə klub ilə məşqlərə başlayacağı və qısa müddətdə meydanlara qayıda biləcəyi bildirilib.
Gənc ulduzun ağrıları davam edərsə, proses uzanacaq.
Bundan əlavə, "Real"ın baş məşqçisi Karlo Ançelottinin taktiki dəyişiklik edərək mövsüm ərzində Arda Güləri də planlarına daxil etdiyi bildirilib.
Qeyd edək ki, "Real" La Liqada mövsümü avqustun 12-də "Atletik Bilbao" matçı ilə açacaq.
Mikayıl