5 il dünyanı gəzən ər-arvad evlərinin önünə çatanda öldülər

DÜNYA
12:59 03.09.2012
2209
Onlar səyahəti başa vurub evə qayıdandan iki gün sonra həlak olublar.Sevgililəri evlərinin qarşısından keçən qatar vurub.
İsveçrənin Qrenihen şəhərində yaşayan DanielDaniela Asiya, Yaxın Şərq və Cənubi Amerika ölkələrini 5 il ərzində dolaşmışdıılar.38 yaşlı Olter və onunla yaşıd olan Veys dəmir yol relsərinin arasından keçərkən arxadan gələn, sürəti 120 km/saat olan qatarı görməyiblər.Olter hadisə yerində keçinib, Veys isə aparıldığı xəstəxanada can verib."Onlar səyahət zamanı çox təhlükəli yerlərə gedirdilər. Narahat idim. Evə qayıdanda rahat nəfəs aldım. Qapımızın önündə belə faciə olacağını ağlıma da gətirməzdim", - Danielanın anası Marqrit Veys deyib. milli.az

OXŞAR XƏBƏRLƏR