Şəmkirdə 18 oktyabr Azərbaycan Respublikasının "Müstəqillik günü”nə həsr olunmuş tədbirlər planına əsasən bayram tədbiri keçirilib.
AZXEBER.COM xəbər veri ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə şəhərin müxtəlif istiqamətlərindən gələn 5 minə yaxın gənc Ulu Öndər Heydər Əliyevin abidəsi önündə toplanaraq Bayraq Meydanına yürüş edib.
Yürüş iştirakçıları "Müstəqilliyimiz əbədidir, dönməzdir”, "Yaşasın müstəqil Azərbaycan” və "Qarabağ Azərbaycandır və nida işarəsi” şüarları ilə 3 km məsafəni qət edərək Dövlət bayrağı meydanına gəlib.
Rayon gəncləri Bayraq meydanında Müstəqilliyimiz Əbədidir şüarını özündə əks etdirən flaşmob göstəriblər.
Tədbir musiqili proqramla davam etdirilib.