5 polis rəisi işdən azad edildi

DÜNYA
11:48 18.12.2013
1313

Türkiyədə ötən gün həyata keçirilən və çox sayda tanınmış insanı həbsi ilə nəticələnən gurultulu əməliyyatın bəzi icraçıları işini itirdi.

AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məlum əməliyyatın həyata keçirilməsində birbaşa iştirak etmiş İstanbul Polis İdarəsinin 5 şöbə müdiri vəzifədən alınıb.Məlumata görə, işdən azad olunan şöbə müdirləri aşağıdakılardır:Maliyyə şöbəsinin müdiri - Yakub Saygılı

Qaçaqmalçılıq Şöbəsinin müdirif - Tuğrul Turhal

Təşkilat Şöbəsinin çüdiri - Nazmi Ardıç

Terrorla Mübarizə Şöbəsinin müdiri - Ömer Köse

Asayiş Şöbəsinin müdiri - Ertan ErçıktıYüksək polis məmurlarının işdən çıxarılma səbəbləri haqqında hələlik məlumat verilmir.Qeyd olunur ki, artıq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da paytaxt Ankarada keçirəcəyi görüşləri təxirə salaraq, İstanbula gəlib.

OXŞAR XƏBƏRLƏR