5 qadının müəmmalı ölümünün - Təfərrüatları

5 qadının müəmmalı ölümünün - Təfərrüatları
SOSİAL
10:38 16.03.2017
7576

Tələbələrin və onların yaxın qohumlarının dəm qazından boğulduğu ehtimal edilsə də, digər versiyalar da araşdırılır; MİS rəisi: "Evə ilk biz girdik, qaz bağlı idi...”

İlaxır çərşənbə gecəsi Xırdalanda beş nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Belə ki, martın 15-i səhər saatlarında Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayə yaşayan ikisi tələbə olmaqla, beş nəfər qadının meyiti aşkar edilib. İlkin ehtimallara görə, onların dəm qazından zəhərləndiyi bildirilib. Lakin bu faktı təsdiqləməyənlər də var...

"Yeni Müsavat” qəzetinin reportyor qrupu Xırdalanda baş verən faciə ilə bağlı xəbərin alınca, qeyd olunan ünvana yollanıb və hadisənin təfərrüatlarını öyrənməyə çalışıb.

Hadisə yerinə çatdığımız zaman artıq dünyasını dəyişənlərin meyitləri mənzildən çıxarılmışdı. Öyrəndik ki, dəm qazından boğulduqları bildirilən şəxslər Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Turanə Vahid qızı Xanlayeva, 1999-cu il təvəllüdlü Lamiyə Vahid qızı Xanlayeva, 1993-cü il təvəllüdlü Aytən Elçin qızı Musayeva və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Mələk Mübariz qızı Abbasovadır. Lamiyə və Turanə Xanlayevalar bacı olublar.

Mələk Abbasova və Turanə Xanlayeva Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində oxuyublar.

Elə kollecin direktoru Rüxsarə Əliyeva da təlaş içərisində binanın qarşısında idi. R. Əliyeva ilə söhbətimiz zamanı o söylədi ki, Mələk Abbasova və Turanə Xanlayeva ikinci kurs tələbəsi olublar

Balakən rayonundan olan digər üç şəxs isə Turanə Xanlayevanın xalası və xalası qızları olub. Bildirildi ki, T. Xanlayevanın xalası Nübar Musayeva onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş...

Binanın qarşısında xeyli sayda insan toplaşsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən mənzilə daxil olmağa icazə vermədilər. Meyitlər içəridən çıxarıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qapını çöldən bağladılar..

Hadisədən bir neçə saat sonra mənzilə ilk girənlərdən olan Mənzil İstismar İdarəsinin sədri İmamverdi Sadıqov "Yeni Müsavat”a bildirdi ki, onlar içəri daxil olan zaman qaz xətti bağlı olub: "Hadisə baş verməzdən öncə qohumu qızlara zəng edib. Lakin onlara zəng çatmayıb. Qohumu bundan narahat olduğu üçün onları yoxlamağa gəlib. Ancaq qapının içəridən bağlı olması səbəbindən mənzilə daxil ola bilməyib. Daha sonra ev sahibi ilə əlaqə saxlayıb. Ev sahibi isə mənə zəng vurdu. Nəhayət, üçümüz də mənzilə daxil olmağa çalışdıq. Qapı bağlı olduğu üçün pəncərənin şüşəsini qırıb, içəri daxil olduq. Gördük ki, üç nəfər palazın üstünə yıxılıb, digərləri isə başqa otaqda idilər. Bunu görüncə qapını bağlayıb, heç kimi yaxına buraxmadım. Söylədim ki, polisə zəng edək, onlar gəlib araşdırsınlar. Belə də etdim. Biz orada olduğumuz zaman içəridən qaz qoxusu gəlmirdi. Həmçinin qaz xətti də bağlı idi. Bütün bunları rəhmətə gedənlərin qohumu da gördü ki, qaz yanmır və bağlıdır. Hazırda onların ölümünün səbəbini araşdırırlar”

Binada yaşayan digər qonşuların da fikirlərini aldıq. Öyrəndik ki, 6 saylı binanın istilik sistemi yoxdur. Qonşular söylədilər ki, binada istilik sistemi olmadığı üçün imkanı olanlar "kombi” qoyublar. Digərləri isə evlərini elektrik pilətələri ilə qızdırırlar. Təbii qazın verilişinə gəlincə, qonşular söylədilər ki, binada bununla bağlı heç bir problem yoxdur: "Qaz normal qaydada verilir. Heç bir problem yoxdur”.

Qonşular onu da dedilər ki, dünyasını dəyişən qızları yaxından tanımasalar da, sakit, ağıllı qızlar kimi xatırlayırlar. 

Hadisə ilə bağlı "Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə də əlaqə saxladıq. 

İ.Kərbəlayev "Yeni Müsavat”a bildirdi ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki hadisənin dəm qazından baş verib-verməməsi dəqiq deyil: "Orada qazın verilişində heç bir problem yoxdur. Onların hansı səbəbdən dünyalarını dəyişməsi hələ dəqiq deyil. Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bu məlum olacaq. Binada sayğaclaşma işləri aparılıb, qazın da verilişində problem olmayıb”.

Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən "Yeni Müsavat”a bildirilib ki, Abşeron Rayon Prokurorluğuna daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib:

"Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir"- deyə, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən bildirilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR