1933-cü il təvəllüdlü Linda Medina adlı perulu qız haqqında maraqlı fakt ortaya çıxıb.AZXEBER.COM-un “Haberler”ə istinadən məlumatına görə, 5 yaşında hamilə qalaraq “dünyanın ən gənc anası” statusunu qazanan Linda qarnındakı şiş səbəbindən xəstəxanaya aparılıb. Bu zaman onun hamilə olduğu üzə çıxıb.Doğuş 1939-cu ildə qeysəriyyə yolu ilə gerçəkləşdirilib. Lindanın Gerardo adlı oğlu dünyaya gəlib. Uşaq10 yaşınadək anasını bacısı kimi tanıyıb. Lindanın necə hamilə qalması isə indiyədək aydınlaşdırılmayıb.