Kolumbiyadan olan balaca qızın makiyaj dərsləri verdiyi videoları tənqidlərə səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 5 yaşlı Danna Qomezin “Youtube” şəbəkəsinə yüklənilən sözügedən çarxlarınaistifadəçilərdən bəziləri “niyə uşaqlarımızın uşaq olmağına icazə vermirik, onları niyə böyüklər kimi olmağa məcbur edirik?” deyə sual ünvanlayıb. Digərləri isə bu videoların “məsum uşaqların seksuallaşdırılması”na yaxşı nümunə olduğunu deyib.
Ancaq tənqidlərə baxmayaraq, balaca qız video yerləşdirməyə davam edir.Onların Dannanın bibisi Denis Qomez tərəfindən çəkildiyi və uşağın anasının icazəsi ilə paylaşıldığı bildirilib.