Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və suverenliyinin rəmzlərindəndir.
Bu müqəddəs səda dünyadakı 50 milyondan çox azərbaycanlını birləşdirən, həmrəy edən milli və mənəvi dəyərdir.
AZXEBER.COM xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən qısametrajlı film sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Layihənin icraçısı AdMedia şirkətidir.
İdeya müəllifi Emin Musavi, quruluşçu rejissoru Gəray Həsənov, prodüseri Sənan Əlləz, ssenarisi isə Gəray Həsənov, Sənan Əlləz, Cəmil Əhmədova aid olan videonu təqdim edirik: