Azərbaycanlı model Zülfü Hacıyev türkiyəli aktrisaNurgül Yeşilçayla eyni serialda iştirak etmək təklif olunub.Serialın adını açıqlamaq istəməyən model serialda xanımın qardaşı rolunu oynayacaq. Zülfi üç bölümdə iştirak edəcək. Fevralda çəkilişlər başlayacaq.
Bu barədə modelin özü showlife.az-a məlumat verib: “Eyni zamanda Türkiyənin model agentliyindən dəvət alan Zülfi qonşu ölkəyə səfər edəcək. Model Azər Atakişiyevlə aralarında soyuq münasibət olan model həmkarından şikayətlənib: “Azərlə mən eyni jurnal üçün fotosessiya etdirdik. Mən çılpaq şəkillər çəkdirdiyim halda o, mənə söz ataraq 1 milyon versələr də, heç vaxtbelə fotolar yayımlamağı özünə yaraşdırmayacağınısöylədi. Mən də demək istəyirəm ki, əgər insan bu peşə ilə məşğuldursa vəmodellikdən gəlir əldə edirsə, lazım olanda soyunmağı da bacarmalıdır. Mənə 50 min manat versələr, porno kinoya da çəkilərəm və bunu ayıb hesab etmirəm”.
Zülfi Azərin soyunmaqdan imtina etməyini belə izah edib: “Bəlkə də onun bədən ölçüləri yaxşı deyil. Elə soyunmaq istəməməsinin səbəbi də budur. Maraqlısı isə odur ki, Azər mənə dəvət gələn Türkiyənin model agentliyində işləmək üçün özü müraciət edib”.
Model özünü Azərbaycanın ən komplekssiz modeli kimi təqdim edib: “İstəyir kim olur-olsun, lap “Best model Azerbaijan” olsun, həm görkəmimlə, həm də riskli addımlarımla onlardan öndəyəm. Üzdəyəm, bəzi modellər kimi altdan-altdan iş görüb model agentliklərinə yalvarmıram”
Model onu da əlavə edib ki, bundan sonra mətbuat işlərini Mikayıl Hüseynova həvalə edəcək.






