50 yaşdan sonra yuxunu pozan qidalar: Axşam bunlardan uzaq durun!

50 yaşdan sonra yuxunu pozan qidalar: Axşam bunlardan uzaq durun!
SAĞLAMLIQ
12:37 01.04.2026
352
Mütəxəssislərə görə, sağlam həyat üçün keyfiyyətli yuxu ən az düzgün qidalanma qədər vacibdir. Lakin xüsusilə 50 yaşdan sonra bəzi qidalar fərqinə varmadan yuxunun keyfiyyətini ciddi şəkildə poza bilər.

AZXEBER.COM xarici mətbuata istinadən xıbır verir ki, İspaniya Nevrologiya Cəmiyyətinin məlumatına əsasən, yetkinlərin təxminən 48%-i keyfiyyətli yuxu ala bilmir və hər üç nəfərdən biri səhər yorğun oyanır. Yuxusuzluq isə immunitet sistemini zəiflədir və xroniki xəstəliklərin riskini artırır.

Stress, narahatlıq, nizamsız həyat tərzi və kofein kimi faktorlar yuxuya təsir etsə də, axşam saatlarında qəbul edilən qidalar da böyük rol oynayır. Hətta bəzi "sağlam” hesab olunan qidalar belə gecə yeyildikdə yuxunu poza bilər.
 
Axşam uzaq durmalı olduğunuz qidalar:

Köhnə pendirlər
Tərkibində olan tiramin ürək döyüntüsünü sürətləndirə və qan təzyiqini yüksəldə bilər. Bu isə yuxuya getməyi çətinləşdirir.
*Alternativ:* təzə və ya qaymaqlı pendir

Pomidor
Gecə yeyildikdə mədə turşusunu artırır, şişkinlik və reflüks yarada bilər. Bu da rahat yuxuya mane olur.

Qırmızı ət və toyuq əti
Zülalla zəngin olsa da, həzmi uzun çəkir. Yuxu zamanı həzmin ləngiməsi bədəni aktiv saxlayaraq yuxunu poza bilər. Emal olunmuş ətlər isə əlavə olaraq təzyiqi yüksəldə bilər.
 
Portağal və digər sitrus meyvələri
Turşuluq səviyyəsi yüksək olduğundan reflüks riskini artırır və gecə narahatlıq yaradır.

Qəhvə, çay və kakao
Tərkibindəki kofein beyni stimullaşdırır, yuxu hormonlarının təsirini azaldır və dərin yuxunu zəiflədir.
 
Alkoqol
Başlanğıcda yuxu gətirsə də, yuxunun keyfiyyətini pozur. REM fazasını azaldır, gecə oyanmalarını artırır və xoruldama ilə yuxu apnesini gücləndirə bilər.
 
Gülay

OXŞAR XƏBƏRLƏR