50 yaşlı babadan 5 yaşlı nəvəsinə qarşı ƏXLAQSIZLIQ

50 yaşlı babadan 5 yaşlı nəvəsinə qarşı ƏXLAQSIZLIQ
DÜNYA
13:53 21.01.2017
1636
 
Türkiyədə 50 yaşlı baba nəvəsinə qarşı etdiyi əxlaqsız hərəkətinə görə saxlanılıb.

Mersində 5 yaşlı qızının babasıgilə getməməsindən şübhələnən Ş.S. qızdan bunun səbəbini soruşub. Uşaq babasının onun alt paltarını soyundurduğunu, onu öpdüyünü və içki içirdiyini söyləyib. Ş.S ərinə qızın danışdıqlarından bəhs edib. Ər atasına bu hərəkəti yaraşdırmadığını, bunun böhtan olduğunu söyləyib.

Çarəsiz qalan qadın boşanmaq üçün ərini məhkəməyə verib, qayınatasını polisə şikayət edib.

Saxlanılan 50 yaşlı kişi deyilənləri təkzib edib.

Məsələ ilə bağlı araşdırma aparılır.

///Milli.Az 
OXŞAR XƏBƏRLƏR