Bakı şəhərinin Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Nərimanov küçəsi 205 ünvanında yerləşən “21-ci əsr” orta məktəbinin uşaq bağçasında, orada bağban işləyən 1962-ci il təvəllüdlü Salahov Həsənağa Cəlal oğlu yıxılıb. 50 yaşlı bağban bağçanın həyətindəki ağacı kəsərkən hündürlükdən yıxılıb.
H.Salahov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər ağır xəsarət almış şəxsin həyatını xilas edə bilməyib.