ABŞ-ın Portland Beynəlxalq hava limanında yaşananlar, görənləri şoka salıb.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Kaliforniya San Joseyə uçmaq istəyən 50 yaşlı John Brennan adlı kişi, üzərinin uzun müddət yoxlanışı səbəbi ilə təyyarəyə minə bilməyib. Bu vəziyyətə əsəbiləşən Brennan, hava limanında bütün paltarlarını çıxararaq çılpaq qalıb. Digər sərnişinlərdən bəziləri isə, onun şəkillərini çəkib.
Qeyd edək ki, Brennan polislər tərəfindən həbs edilib.
Ozal İbrahimli