500-dən çox Amerika şirkəti ChatGPT-dən istifadə edir - OpenAI şirkətindən AÇIQLAMA

500-dən çox Amerika şirkəti ChatGPT-dən istifadə edir - OpenAI şirkətindən AÇIQLAMA
DÜNYA
11:54 05.09.2023
701
ChatGPT-ni maliyyələşdirən OpenAI şirkətinin maliyyə planlaşdırmasında xeyli irəlidə olduğu məlum olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, OpenAI-nin həmtəsisçisi Sam Altman ötən il elan edib ki, şirkətin 2024-cü ilə qədər satışlarda milyard dollarlıq həddi keçəcəyini gözləyir.

29 milyard dollar dəyərində qiymətləndirilən Kaliforniya şirkəti üçün işlər gözləniləndən çox sürətlə gedib və nitq robotu 2022-ci ilin noyabrında təqdim edildikdən sonra daha da böyük uğur qazanıb.

Çatbotun imkanları çoxsaylı şirkətlərin, o cümlədən yüksək texnologiyalı nəhənglərin rəğbətini qazanıb.

500 ən zəngin Amerika şirkətinin 80 faizi ChatGPT-dən istifadə edir. OpenAI gəlir əldə etmək üçün 2023-cü ilin mart ayından etibarən ağıllı alətinin təkmilləşdirilmiş versiyasını 20 dollara ictimaiyyətə təqdim edib.

Firma bu ay ChatGPT Enterprise adlı pro versiyasını da təqdim edib, lakin qiyməti açıqlanmayıb.

Bloomberg-in məlumatına görə, şirkətin aylıq gəliri 80 milyon dolları ötür.

OpenAI həmçinin ChatGPT Plus və ChatGPT Professional versiyaları ilə gəlir əldə etməyi hədəfləyir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR