500 illik mumiyaların sirri açıldı - FOTOLAR

MARAQLI
13:00 30.07.2013
2247

"Llullaillaco Maiden" və ya "Buz şahzadəsi" kimi tanınan 13 yaşlı qızın mumiyasının sirləri açılıb. 

1999-cu ildə Perudakı Lyulyalyako vulkanının yamaclarındakı buzlaqda aşkarlanmış 3 mumiyadan biri olan "Buz şahzadəsi"ini laboratoriyada tədqiq edən alimlər onun qətlə yetirilməzdən əvvəl huşunun başından alındığını sübut ediblər. 

3 uşağı qətlə yetirərək mumiyaya çevirməzdən əvvəl inklər onlara zorla koka yarpaqları, sonra da "çiça" adlı pivə veriblər. 

Uşaqlar qurban kəsilməzdən əvvəl tam bir il belə "prosedur"a məruz qalıblar.

"Buz şahzadəsi" və onun yanındakı iki uşağın mumiyaları 1999-cu ildə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin arxeoloqu Yohan Raynhard tərəfindən tapılmışdı. 

Uşaqların cəsədləri buzlaqda olduğundan yaxşı qalmışdı.

Onlar inklərin "kapa koça" dedikləri qurbankəsmə ayini zamanı qətlə yetirilmişdilər.

Y.Raynhard və onun həmkarları uşaqların həyatlarının son günlərinin yeni təfərrüatlarını aşkarlayıblar. 

"İnsanın qidalanması və təamı onun saçlarının tərkibində əks olunur. Buna görə də insanın vəfat etməzdən əvvəl son həftələrdə nə yediyini asanlıqla müəyyənləşdirə bilərik", - Raynhard deyib. 

Saçların analizi göstərib ki, qurban kəsilmiş 3 uşaq həyatlarının son ilində faktiki olaraq daim narkotik "kef" vəziyyətində olublar. Daha sonra onlara koka saqqızı və "çiça" verilməsi artırılıb.

"Buz şahzadəsi"nin beyin tomoqrafiyası isə 13 yaşlı qızın qətlə yetirilməzdən əvvəl koka yarpaqlarından ibarət saqqız çeynədiyini göstərib. 

Uşaqların saçlarındakı alkoqol və koka izləri onların müxtəlif sosial statuslarda olduğunu göstərib. "Buz şahzadəsi" narkotik maddələrdən maksimum istifadə edib, 5 yaşlı oğlanın saçlarında isə belə qalıqlar minimum həddə idi.

İnklərdə koka yarpaqlarını çeynəmək və spirtli içkilər içmək yalnız yüksək statuslu insanlara icazə verilən əməllərdi. 

Bundan başqa, narkotik maddələr və spirtli içki uşaqları huşsuz vəziyyətə salaraq ayinin gedişatının pozulmamasını təmin edirdi.//milli.az

OXŞAR XƏBƏRLƏR