S.Səmədovun sözlərinə görə, iyunun 15-də onun toyu olacaq: «Sevda Türkiyə vətəndaşı ilə evlənir. Onlar bir-birlərini sevirlər. Bu yaşda insanın sevgisini tapması asan deyil. Bu baxımdan Sevdaya görə çox sevincliyəm. Onlara xoşbəxtlik arzulayıram. Sevdanın gələcək əri özündən 2 yaş böyükdür. Onun 54 yaşı var».
Amma bu evlilik duetə birdəfəlik son qoymayacaq. S.Səmədov bildirib ki, S.Əliqızı təxminən 10-15 gündən sonra yenidən Azərbaycana qayıdacaq və duet davam edəcək: «Sevdanın gələcək ərinin Azərbaycanda biznesi var. Onlar həm burada, həm də Türkiyədə yaşayacaqlar».
/// milli.az