52 yaşlı qadın intihara cəhd etdi

52 yaşlı qadın intihara cəhd etdi
SOSİAL
23:18 13.08.2018
5212
Mingəçevir şəhərində intihara cəhd olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif həb içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR