53 nəfərin olduğu təyyarə gölə düşdü - VİDEO

53 nəfərin olduğu təyyarə gölə düşdü - VİDEO
DÜNYA
15:10 06.11.2022
352
Tanzaniyada sərnişin təyyarəsi hava şəraitinin pisləşməsi səbəbindən Viktoriya gölünə düşdüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü məlum olub.
 
Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi deyilir.

Bölgənin polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlər barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.
 

OXŞAR XƏBƏRLƏR