56 illik göz probleminə çarə tapıldı - Azərbaycanda - VİDEO

SAĞLAMLIQ
10:55 22.10.2018
4324
Günümüzün aktual göz problemlərindən biri də çəpgözlükdür.

AZXEBER.COM xəbər verir ki, Dünyagöz Bakı xəstəxanasının Op.Dr. Şeref Öğretmenoğlu çəpgözlüyün ilkin vaxtlarda aşkar edilərək aradan qaldırılması vacib olduğunu bildirdi. Lakin illərlə çəpgözlükdən əziyyət çekən insanlar artıq müəyyən bir yaşa gəldikdə aradan qaldırılmasının mümkünsüz olduğunu düşünür.Bu hal əməliyyatlar çətin əməliyyatlar olsa da, çox yaxşı nəticə almaq mümkündür.

Şeref həkimin son gecikmiş çəpgözlük əməliyyatlarından biri Müsahibimiz Qəndiyyət İlyasova da 56 il çəpgözlükdən əziyyət çəkib.

"Gözümdə olan problemlərimə görə həmişə utanmışam, gözümü görməsinlər deyə həmişə əlimi gözümə tutaraq gəzmişəm. Şagirdlərimlə, iş yoldaşlarımla şəkil çəkdirməkdən utanmışam. Amma mən də sizin kimi olmaq istəyirəm, dünyanı sizin kimi görmək istəyirəm”,deyən Qəndiyyət xanım Dünyagöz Bakı xəstəxanasında bu problemlərindən canını qurtaracağını eşidəndə öncə inanmır. Deyirki, "əlbəttə bu problemlərdən canımı qurtarmaq üçün dəfələrlə həkimlərdə olmuşam,lakin heç bir həkim mənə kömək etmədi, çarəsi olmadığını dedilər. Sonra Dünyagöz Bakı xəstəxanasında türkiyəli təcrübəli həkimlərin olduğunu və bu problemimdən qurtulmağımın, normal görməyimin mümkün olduğunu dedilər.

Qeyd edək ki,əməliyyat keçirən xəstə Qəndiyyət İlyasova 56 yaşındadır. Operator Doktor Şeref Öğretmenoğlu Onun gözümdə öncə katarakt və daha sonra çəpgözlük əməliyyatı edərək normal görməsini bərpa edib
 

OXŞAR XƏBƏRLƏR