Türkiyənin tanınmış arabesk müğənnisi Kibariyə yenidən ana olacaq.
AZXEBER.COM xəbər verir ki, 56 yaşlı müğənni ana olacağı ilə bağlı məlumatı qeyri-adi bir üsulla həyat yoldaşına etiraf edib.
Belə ki, o ötən gün keçirilən konsert zamanı ifasına fasilə verərək həyat yoldaşına 3 aylıq hamilə olduğunu söyləyib.
Bu gözəl xəbəri müğənninin sevənləri alqış və sevinclə qarşılayıblar.
Qeyd edək ki, müğənninin bir qız övladı var.
Qızılgül
