Rusiyanın Samara şəhərinin sakini arvadını və 2 yaşlı qızını öldürdükdən sonra intihar edib.
Hadisəylə bağlı cinayət işi açılıb.
İstintaq idarəsinin məlumatına görə, 56 yaşlı kişi və 36 yaşlı həyat yoldaşının, həmçinin uşağın cəsədi yaşadıqları evdə tapılıb. Qapı içəridən bağlı olub.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
///Publika.az