56 yaşlı qadın oğlunun uşağını dünyaya gətirdi, daha sonra isə…

56 yaşlı qadın oğlunun uşağını dünyaya gətirdi, daha sonra isə…
DÜNYA
12:42 22.11.2022
1048
Bu yaxınlarda ABŞ-də bir qadın oğlunun uşağını dünyaya gətirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünya mətbuatının da marağına səbəb olan hadisə ilə bağlı yeni məqamlar ortaya çıxıb.

56 yaşlı Nensi Hauk gəlini Kembria Haukun növbəti hamiləliyi daşıya bilməyəcəyi məlum olduqdan sonra oğlu Ceffin körpəsi üçün surroqat ana olmağa razılıq verdi.

Həkimlər tibbi qiymətləndirmələrdən sonra Nensinin yaşının çox olmasına baxmayaraq onun "uyğun namizəd" olduğuna qərar veriblər. O, embrion transferindən sonra hamilə qalıb və noyabrın 2-də uşaq dünyaya gətirib. Nensi doqquz saat doğuş keçirdiyini söyləyib.

Nensi Haukun doğum sonrası verdiyi açıqlamalar böyük diqqət çəkib. 56 yaşlı qadın körpənin doğuşdan dərhal sonra əlindən alınaraq oğlunun evinə aparılmasından təəssüfləndiyini bildirib. Körpə ilə emosional bağı olduğunu deyən qadın bu sözlərə görə də tənqid olunub. 

Aydın
OXŞAR XƏBƏRLƏR