59 yaşlı qadın özünü yandırdı

59 yaşlı qadın özünü yandırdı
SOSİAL
16:16 21.09.2016
1536
Göyçay rayonunda intihara cəhd olub.
Hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.
Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
APA.az
OXŞAR XƏBƏRLƏR