Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AZXEBER.COM-a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.











































