6 ay ərzində Laçına 300-dən çox ailə köçürülüb

MARAQLI
17:29 25.05.2011
1828

 

Son 6 ay ərzində işğal olunmuş Laçın rayonuna 300-dən artıq ailə qeyri-qanuni yolla köçürülüb. Bu rəqəmi Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi Ara Arutunyan “Hayastan” ümumdünya erməni forumu nümayəndələri ilə görüşündə açıqlayıb. 

Görüşdə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistandan və digər ölkələrdən gətirilən ailələrin məskunlaşdırılması məsələsi müzakirə edilib. Ümumilikdə isə işğal olunmuş ərazilərə müxtəlif ölkələrdən köçürülənlərin sayı 17 mindən çoxdur.

OXŞAR XƏBƏRLƏR