6 ayda 35300 nəfərə əlillik təyin olunub

6 ayda 35300 nəfərə əlillik təyin olunub
SOSİAL
16:00 22.07.2022
228
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 35 min 300 şəxsə əlillik təyin edilib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.
OXŞAR XƏBƏRLƏR