6 tələbənin öldüyü qəzada zərərçəkənlərə ödənilən məbləğ - 41250 manat

6 tələbənin öldüyü qəzada zərərçəkənlərə ödənilən məbləğ - 41250 manat
SOSİAL
11:11 17.10.2017
3414

Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

AZXEBER.COMbildirir ki, İcbari Sığorta Bürosundan (İSB) Trend-ə verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.

Sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.

İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı Büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanıb və Büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür.

Qeyd edək ki, martın 9-da səhər saatlarında baş vermiş həmin qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
20:27 25.07.2025
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə veriblər
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
20:18 25.07.2025
"Makron yaxşı oğlandır, sözlərinin mənası yoxdur" - Tramp
Rəssam Tofiq Qaziyev vəfat edib
20:09 25.07.2025
Rəssam Tofiq Qaziyev vəfat edib
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
20:05 25.07.2025
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
19:49 25.07.2025
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
"Karvan" növbəti transferini həyata keçirib
19:34 25.07.2025
"Karvan" növbəti transferini həyata keçirib
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
19:16 25.07.2025
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
18:58 25.07.2025
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
18:40 25.07.2025
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
18:28 25.07.2025
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
18:15 25.07.2025
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
18:09 25.07.2025
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
17:47 25.07.2025
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
17:29 25.07.2025
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
17:26 25.07.2025
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
17:09 25.07.2025
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq