6 tələbənin ölümünə səbəb olan sürücü: "Qan almaq istəyirsinizsə..."

6 tələbənin ölümünə səbəb olan sürücü: "Qan almaq istəyirsinizsə..."
SOSİAL
16:10 01.08.2017
1057
Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edib.  N.Hüseynov özünə güllənmə cəzası tələb edib: "Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?".
 
Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb.
Prosesdə fasilə elan edilib.
OXŞAR XƏBƏRLƏR