6 xarici vətəndaş Ermənistan-Azərbaycan sərhədini qanusuz keçib?

6 xarici vətəndaş Ermənistan-Azərbaycan sərhədini qanusuz keçib?
SİYASƏT
13:38 08.05.2018
4244
Ermənistan-Azərbaycan sərhədini keçməyə çalışan 6 əcnəbi vətəndaş erməni əsgərləri tərəfindən saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkə hesabında məlumat verib. Erməni mətbuatında həmin şəxslərin Azərbaycan tərəfindən keçdiyi və onların əsir götürüldüyü də idda edilir. Ermənistan nazirliyi məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyi isə hadisə barədə informasiyaya sahib olmadıqlarını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR