Dövlət bu avtobus xəttlərini satışa çıxarır - Almaq istəyənlərin DİQQƏTİNƏ!

Dövlət bu avtobus xəttlərini satışa çıxarır - Almaq istəyənlərin DİQQƏTİNƏ!
SOSİAL
18:51 17.03.2026
679
Azərbaycanda müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə AZXEBER.COM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, 161, 162, 185, 198 nömrəli şəhərətrafı, 333 nömrəli qəsəbədaxili və 551 nömrəli şəhərətrafı, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı–Göyçay, Bakı-Ağcabədi, Bakı-Astara, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mingəçevir şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 aprel 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində 7 lot üzrə mayın 5-də, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində 5 lot üzrə mayın 8-də, 161 nömrəli (Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi - "Koroğlu" NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi - Qara Qarayev prospekti), 198 nömrəli ("Koroğlu" NMM - Zabrat qəsəbəsi) şəhərətrafı, 333 nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) - (Sovxoz yaşayış massivi)) qəsəbədaxili və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Atyalı" yaşayış massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq