6 yaşlı şagird müəllimini silahla vurdu: Məktəb bağlandı

6 yaşlı şagird müəllimini silahla vurdu: Məktəb bağlandı
DÜNYA
15:54 10.01.2023
248
ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində 6 yaşlı şagird müəllimini silahla yaralayıb. İbtidai məktəbin bir həftəlik bağlanacağı açıqlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qan donduran hadisə ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində baş verib.

Məktəbdən verilən yazılı açıqlamada, hadisədən sonra "ailələrin və şagirdlərin sağalması üçün" Richneck İbtidai məktəbinin həftə sonuna qədər bağlanacağı qeyd edilib.

Digər tərəfdən, hadisə zamanı ağır yaralanan 25 yaşlı müəllim Abby Zvernerin təhlükənin olmadığı və ailə üzvləri ilə danışmağa başladığı bildirilib.

Yanvarın 6-da baş verən və 2023-cü ilin ilk məktəb atışması kimi qeydə alınan hadisədə 6 yaşlı şagird sinifdə mübahisə etdiyi müəllimini güllələyib.

Həmin gün saxlanılan 6 yaşlı uşağın odlu silahı necə əldə etməsi, silahın kimə məxsus olması, ondan istifadə etməyi necə öyrənməsi, onu məktəbə niyə gətirməsi ilə bağlı suallar cavabsız qalıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR