6 yaşlı şagirdi "seksual zorakılığa"görə dərsdən uzaqlaşdırdılar

DÜNYA
13:52 11.12.2013
3330
6 yaşlı şagirdi "seksual zorakılığa" görə müvəqqəti olaraq məktəbdən kənarlaşdırıblar. Uşağın günahı isə parta yoldaşı olan qızın əlini öpmək olub.Hadisə ABŞ-da baş verib. Məktəb rəhbərliyi uşağın bu hərəkətini seksual zorakılıq və yaramazlıq kimi qiymətləndirib.Məktəbdən kənarlaşdırılan 6 yaşlı Kolorado sakini Hanter Yeltondeyir ki, hadisə dərs zamanı baş verib."Mən əyildim və onun (qızın) əlindən öpdüm".Uşaq öz "günahını" da etiraf edib."Onlar düz elədilər ki, məni direktorun yanına apardılar. Mən düz eləmədim. Gərək məktəbdə özümü yaxşı aparardım", - o deyib.Uşağın anası Cennifer Saundersisə aldığı xəbərdən şok keçirib. Ana deyir ki, oğlu Hanterin və o qızın bir-birlərinə qarşı uşaqsağayı simpatiyaları var. O hesab edir ki, uşaqların bu cür davranışları normaldır."Bu hadisəni həddən artıq şişirdiblər. 6 yaşlı uşağa qarşı bu rəftar yolverilməzdir. İndi oğlum məndən soruşur ki, seks nədir. Seks sözünün özü də 6 yaşlı uşağın yanında deyilməməlidir", - Saunders deyib.Məktəbin direktoru isə hesab edir ki, məktəbdə oğlanın qızı öpməsi yolverilməzdir. Məktəb rəhbərliyi artıq bu hadisəni uşağın şəxsi işinə də tikib. Bu isə gələcəkdə uşaq üçün xoş olmayan sürprizlər vəd edir.Psixoloqlar da məktəb rəhbərliyinin hərəkətlərindən heyrətlənirlər.Uşaqların cinsi yetişkənliyi üzrə mütəxəssis Sendi Uortelhesab edir ki, 6 yaşlı uşağın belə davranışı tamamilə normaldır. "Seksual zorakılıq" ifadəsini uşaqlara qarşı tətbiq etmək olmaz.(milli.az)

OXŞAR XƏBƏRLƏR