ABŞ məktəblərinin birində 100 kq çəkisi, 180 sm boyu olan 27 yaşlı idman müəllimi Con Vebster 6 yaşlı şagirdinin onu döydüyünü iddia edib. Müəllim şagirdi Rodrigo Carpionun atdığı təpiklər nəticəsində ayağının topuq nahiyəsinin zədələndiyini bildirib və bunu əsas gətirərək məhkəməyə müraciət edib. Yaranmış qarışıqlıq zamanı məktəbli direktorun üzünə tüpürüb və başqalarını da təpikləyib, yumruqlayıb.Məktəbin əməkdaşı Kuince Con Vebstarın sözlərinə görə, məktəbli idman müəllimini karate fəndləri ilə ciddi şikəst edib; onun topuğu və dizi zədələnib. Tibb işçiləri zərərçəkmişin sağ ayağına şin qoyublar, indi müəllimi uzunmüddətli terapiya kursları və psixoloji müəlicə gözləyir.Con Vebster “New York Post” qəzetinə açıqlamasında yaşadıqlarından utanc duyduğunu deyib: “Bufetə getmək üçün onun biləklərindən tutdum, o isə məni dişləməyə, vurmağa başladı. O, mələk üzlü bir şeytandır”.Müəllimin vəkili isə uşağı "balaca terrorçu" adlandırıb.6 yaşlı məktəblinin valideynləri isə uşaqlarının 100 kq çəkisi olan müəllimini döyməsini cəfəngiyat adlandırıb.Qeyd edək ki, bu barədə polisə məlumat verilsədə, uşaq saxlanılmayıb. Rodriqonu xəstəxanada həkim nəzarətində saxlamaq istəsələr də valideynləri buna icazə verməyiblər.