xari

60 hərbçidən Hadruta ilk girən Vətən Müharibəsi qazisi ilə bağlı Prezident və Birinci vitse-prezidentə müraciət - FOTOLAR

SOSİAL
12:33 22.02.2021
2035
Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov bildirib ki, onun ev dusaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün zəruri şərtlər var: 

"Öncə onu qeyd edim ki, Ziya Kazımovun işi 3 il 6 ay öncə başlanıb, amma sonra istintaq hərəkətləri aparılmayıb. İndi iddia olunur ki, guya hazırda və bundan sonrakı dönəmdə istintaqa maneə yarada bilər. Halbuki belə bir niyyət olsaydı, 3 il 6 ay ərzində maneə yaradılardı. Digər tərəfdən, əgər onun hər hansı bir təqsiri varsa, bu müddət ərzində necə olub ki, hərbi xidmətini davam etdirib, rütbə və vəzifə alıb, təltif olunub? Biz hesab edirik ki, Ziya Kazımovun həbsdə saxlanmasına ehtiyac yoxdur, onsuz da hər hansı təqsiri olmadan bu qədər müddət həbsdə saxlanılır. 

Bundan əlavə, Vətən Müharibəsi dövründə Ziya Kazımov kantuziya alıb və səhhətində ciddi problemlər var. Onun  müalicəyə ehtiyacı olduğundan ev dustaqlığına buraxılması zəruridir. O ev şəraitində müalicə alaraq da istintaq davam etdirilə bilər”. 

Vəkil onu da qeyd edib ki, Z.Kazımovun təqsirsiz olduğu, qanunsuz olaraq həbsdə saxlanılması və ev dustaqlığına buraxılması ilə bağlı 60 zabitin imzasıyla Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edilib: "İnanırıq ki, Ziya Kazımovun əsassız olaraq həbsdə saxlanılmasına son vermək, onun ev dustaqlığına buraxılması üçün lazımi qərar veriləcək. Vətən Müharibəsi iştirakçısı və qazisinə qarşı haqsızlıq edilməsi qəbuledilməzdir”.  

Qeyd edək ki, Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub. 
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:20 26.02.2021

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18:51 26.02.2021

Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır

18:31 26.02.2021

Nazir daha bir idarə rəisi işdən çıxardı

18:07 26.02.2021

Kılıçdaroğlu Xocalı soyqırımını andı: “Eyni dərdi bir daha yaşamamalarını diləyirəm”

17:50 26.02.2021

Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTO

17:36 26.02.2021

Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü - VİDEO

17:25 26.02.2021

Prezident Ərdoğana zəng etdi

17:15 26.02.2021

Binəqədi rayonunda “613 can” adlı ağacəkmə aksiyası keçirildi - FOTOLAR

17:02 26.02.2021

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

16:36 26.02.2021

Rusiya XİN: Qarabağda əsas məsələ normal həyatın bərpası və köçkünlərin qayıtmasıdır

16:17 26.02.2021

Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı iddialara CAVAB

16:09 26.02.2021

Aronyan Paşinyana görə Ermənistanı tərk etdi: Vətəndaşlığını dəyişəcək

16:08 26.02.2021

Prokurorluqdan Şirvandakı dəhşətli qətlə bağlı məlumat: Qadının ağzını, əllərini skoçla bağlayıb...

15:54 26.02.2021

İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi

15:52 26.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

15:46 26.02.2021

Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək