60 yaşlı kişi 8 yaşlı qızı pulla aldı, cinsi istismar etdi

MARAQLI
15:02 19.08.2021
1718
Afrikadan 8 yaşlı qızı kölə olaraq alan kanadalı şəxs 18 il həbs cəzasına məhkum edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Kanadanın Montreal şəhərində baş verib.

Montreal polisi uşaq istismarı görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində 60 yaşlı Sylvain Villemaireni saxlayıb.

Şübhəlinin evində təsadüfən tapılan 11 yaşlı adsız Afrikalı qızın Afrikadan tələbə vizası ilə 8 yaşında Kvebekə gəldiyini öyrənən polis kiçik qızın 3 ildir cinsi istismara məruz qaldığını müəyyənləşdirib. 

Dünən Monrealda hakim qarşısına çıxan Villemaire hakim Pierre Labelle tərəfindən "yetkinlik yaşına çatmayanların cinsi istismarı, insan alveri və uşaq istismarı görüntülərinin saxlanması və yayılması" ittihamı ilə ümumilikdə 18 il həbs cəzasına məhkum edilib.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR