60 yaşlı kişi özünü Bakı-Tbilisi qatarının altına atdı - Cibindən məktub tapıldı

60 yaşlı kişi özünü Bakı-Tbilisi qatarının altına atdı - Cibindən məktub tapıldı
SOSİAL
10:29 04.10.2018
7828
Gəncədə intihar hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, ötən gecə saat 3 radələrində 60 yaşlarında olan şəhər sakini Bağırov Abbas Novruz oğlu özünü Bakı-Tbilisi sərnişin qatarının altına ataraq intihar edib.

Onun cibindən çıxan kağızda xəstəlikdən əziyyət çəkdiyi, bu xəstəlikdən bezdiyi səbəbindən yaşamaq istəmədiyi qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR