600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?

600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
İQTİSADİYYAT
12:31 30.04.2026
1308
Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə birdəfəlik müavinət ödənilir.

Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkəyə də vizasız gedə biləcəyik
15:00 14.09.2026
Bu ölkəyə də vizasız gedə biləcəyik
Hakan Fidan Azərbaycana gəlir
14:58 14.09.2026
Hakan Fidan Azərbaycana gəlir
Enerji xərclərinizi “Unibank”la azaldın
14:45 14.09.2026
Enerji xərclərinizi “Unibank”la azaldın
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
14:38 14.09.2026
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
“Adore”dən nə desən gözləmək olar, agentlik də tədbir görmür” – Eyyub Hüseynovdan sərt açıqlama
14:36 14.09.2026
“Adore”dən nə desən gözləmək olar, agentlik də tədbir görmür” – Eyyub Hüseynovdan sərt açıqlama
Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq
14:20 14.09.2026
Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq
TikTok-dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ
14:16 14.09.2026
TikTok-dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ
“Yuventus” rəhbərindən Vlahoviç etirafı: “Təklifimizi qəbul etmədi”
14:13 14.09.2026
“Yuventus” rəhbərindən Vlahoviç etirafı: “Təklifimizi qəbul etmədi”
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq