600 min izləyicisi olan məşhur fenomen: Sevgili tapa bilmirəm - FOTOLAR

600 min izləyicisi olan məşhur fenomen: Sevgili tapa bilmirəm - FOTOLAR
DÜNYA
12:33 06.09.2022
852
600 min izləyicisi olan məşhur fenomen Mz. Dani sevgili tapa bilmədiyindən şikayətlənib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sosial mediada 600 mindən çox izləyicisi olan məşhur fenomen Mz. Dani Barbi kuklasına oxşamaq üçün plastik əməliyyata 50 min dollar xərcləyib. Arzusuna çatan məşhur fenomen indi özünə uyğun sevgili tapa bilmədiyi üçün üsyan edib.

Paylaşdığı fotolarla diqqət çəkən Mz. Dani həmyaşıdları tərəfindən kənarlaşdırıldığını və yeniyetməlik dövründə görünüşünə görə özünə inamını itirdiyini söyləyib.

ABŞ-ın Viskonsin ştatında yaşayan Mz. Dani özünə inamını bərpa etmək üçün dəfələrlə kosmetik prosedurlar üçün bıçaq altına girib. Estetik tətbiqlərdən sonra görünüşünün diqqət çəkdiyini bildirən Mz. Dani sosial mediada üsyan edib və izah edib ki, kişilər onunla real insan kimi davranmırlar.

"Sevgi həyatım son dərəcə çətindir. Kişilər mənə oyuncaq kimi baxırlar. Məni tanımadan yalnız xarici görünüşümə görə mühakimə edirlər və bu, məni çox narahat edir”- deyə o bildirib.
 
Ayşən
 

 

 

 


OXŞAR XƏBƏRLƏR