61 yaşlı qadın faciəvi şəkildə öldü

61 yaşlı qadın faciəvi şəkildə öldü
SOSİAL
11:28 10.12.2017
1297

Balakəndə 61 yaşlı qadını minik avtomobili vurub.

AZXEBER.COM Apa-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saat 07:30 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Katex kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Murad oğlu Atayev idarə etdiyi "VAZ 2106" markalı "08 BE 991" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, Katex kənd sakini 1956-cı il təvəllüdlü Ofelya Ələkbər qızı Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan O. Məmmədova hadisə yerində ölüb.

OXŞAR XƏBƏRLƏR