Türkiyənin tanınmış din professoru, İstanbul universiteti ilahiyyat fakultəsinin keçmiş dekanı, sabiq CHP (Cümhuriyyət xalq Partiyası) millət vəkili Yaşar Nuri Öztürk nişanlanıb. Bu barədə Öztürk özəl telekanallardan birində iştirak etdiyi proqramda açıqlama verib. Türk sənət musiqisi müğənnisi Nazlı Kanaat (Qənaət) ilə görüşdüyünü deyən professor fevralın 14-ü nişanlandığını bildirib. Məlumata görə, TRT Ankara radiosunda solist işləyən Nazlı Kanaatın 40 yaşı var.Qeyd edək ki, Yaşar Nuri Öztürkün bu açıqlaması aparıcı Saba Tümeri şoka salıb. Təəccübünü gizlətməyən aparıcı professoru studiyada öpərək təbrik edib.