Evində yanğın oldu, tüstüdən boğulub öldü

Evində yanğın oldu, tüstüdən boğulub öldü
HADİSƏ
09:35 23.10.2025
116
Bakıda evdə yanğında ölən şəxsin kimliyi məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saat 22:35-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 128, mənzil 91-də baş verib. Evdə qəfil yanğın başlayıb. Hadisə nəticəsində evdə tənha yaşayan 1963-cü il təvəllüdlü Vadim Vladimiroviç Stupnikov tüstüdən boğularaq ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR