63 yaşlı kişini döyən 8 qız həbs edildi

DÜNYA
14:45 31.07.2012
2153
Nyu-York şəhərinin metrosunda 8 qızdan ibarət dəstəyə: "Lütfən, sakit durun!" - deyən kişi həyatının ən böyük xətasını etdi.
AZXEBER.COM "Milliyet"ə istinadən bildirir ki, Manhettendəki stansiyada duran və işə getmək üçün metro qatarını gözləyən 63 yaşlı kişi perronda durmuş 8 qıza hirslənmişdi.Qızlar sərxoş olduqlarından bərk səs-küy salır, qəhqəhə çəkib gülürdülər.Kişi də onlara: "Lütfən, sakit durun!" - deyib. Hirslənən qızlar bunu eşidəndə dəliyə dönüblər. Onlar əvvəlcə əllərindəki pivə butulkalarını kişinin başına çırpıblar, sonra da biçarəni döyməyə başlayıblar.Qızlardan biri isə əlindəki bıçağı kişinin sol baldırına saplayıb.Perrondakı adamlar və hadisə yerinə gələnlər biçarəni sərxoş qızların əlindən güclə alıblar.Sərxoş qızlar həbs olunublar.

OXŞAR XƏBƏRLƏR