65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi

65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
SOSİAL
16:14 15.05.2020
1416
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. 

AZXEBER.COM-a daxil olan məlumata görə, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək. 

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
OXŞAR XƏBƏRLƏR