Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayonda baş verib.
Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı mənzilin 7-ci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.