Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi

Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
DÜNYA
06:10 30.10.2026
151
Qətər vasitəçiləri İran tərəfinə ABŞ və İsraillə müharibənin dayandırılmasını nəzərdə tutan yeni saziş layihəsi təqdim ediblər. Layihə gərginliyin azaldılması üçün tərəflərin qarşılıqlı addımlar atmasını nəzərdə tutan yeddi günlük planı əhatə edir. Lakin İranın yüksək vəzifəli rəsmisi Dohanın təklif etdiyi ideyaların qəbuledilməz olduğunu və onları tamhüquqlu təklif hesab etməyin mümkün olmadığını bildirib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters” danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin İranı təmsil etməyən həmsöhbətlərindən birinin sözlərinə görə, saziş layihəsi bazar günü Tehrana təqdim edilib və hazırda İran tərəfi tərəfindən nəzərdən keçirilir. Cavabın həftənin sonunadək verilməsi gözlənilir.

Plan hər iki tərəfin hər gün həyata keçirməli olduğu, etimadın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirləri nəzərdə tutur. Sazişin icrası üçün yeddi gün ayrılıb. Bir neçə dövlətin razılaşmanın təminatçısı kimi çıxış etməsi də mümkündür. Prosesə gələn həftənin əvvəlində başlanıla bilər.

Lakin "Reuters”in İran adından danışıqlarda birbaşa iştirak edən digər mənbəsi Qətərin "təklif deyil, qəbuledilməz ideyalar” təqdim etdiyini bildirib. Onun sözlərinə görə, Tehranın nüvə məsələsində mövqeyi dəyişməz olaraq qalır və ölkə bu məsələdə güzəştə getmək niyyətində deyil.

İran öz yeddi günlük planını irəli sürür

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirib ki, Tehran müharibənin dayandırılması üçün özünün yeddi günlük planının həyata keçirilməsi variantlarını qiymətləndirərkən vasitəçilərlə sıx təmaslarını davam etdirir.

Onun sözlərinə görə, İran diplomatiyaya hələ də şans verir və irəli sürdüyü sxemin bir həftədən də az müddətdə həyata keçirilməsi mümkündür.

Vaşinqton nüvə proqramının, Tehran isə blokadanın aradan qaldırılmasını tələb edir

ABŞ İranın nüvə proqramının danışıqlara ilkin mərhələdən daxil edilməsində israr edir. Tehran isə ilk növbədə ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılmasını və İran neftinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

İran Qərbin ölkənin nüvə proqramının hərbi məqsədlər daşıması ilə bağlı iddialarını rədd edir.

Münaqişənin genişlənməsi fonunda vasitəçilik səylərinə Qətər və Pakistan rəhbərlik edir. Fevralın 28-də başlayan münaqişənin həlli istiqamətində əvvəlki cəhd iyun ayında müvəqqəti razılaşmanın əldə olunması ilə nəticələnsə də, həmin razılaşma qısa müddət sonra qüvvəsini itirib.

Neftin qiyməti 115 dolları keçdi

Danışıqlar üçün əlavə təhlükə yaradan amillərdən biri İranın dəstəklədiyi Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarıdır.

Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodlarından biri olan Rəs-Tənnura müəssisəsinə zərbədən sonra çərşənbə günü neftin qiyməti 1 faizdən çox artaraq bir barel üçün 115 dolları ötüb.

Döyüşlərin intensivləşməsi dünya enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyan Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyə dair riskləri də artırır.

"Reuters”in məlumatına görə, bazar günü Tehranda keçirilən görüşdən əvvəl vasitəçilər İsrailin İrana qarşı zərbələri bərpa edə biləcəyindən narahat idilər.

ABŞ Prezidenti Donald Tramp da təhdidlərini təkrarlayıb. İran tərəfi isə hərbi əməliyyatların yenidən başlanacağı təqdirdə Fars körfəzində sualtı kabellərə zərbələr endirilməsi ilə bağlı planların hazırlanması barədə xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub