67 yaşlı qocanın 3 arvaddan 22 uşağı, 50 nəvəsi var

DÜNYA
12:35 25.04.2013
1935

Türkiyənin Muş bölgəsindəki Çataklı kəndinin muxtarı, 67 yaşlı Kemal Korkmazın ailə tərkibi hər kəsi təəccübləndirir.

AZXEBER.COM haber7.com portalına istinadən xəbər verir ki, üçüncü dəfə 40 yaşlı Saime Korkmazla evlənən K.Korkmaz 22 övladını, 5 gəlinini və 50 nəvəsini üç evə yerləşdirib. 80-nə yaxın üzvü olan bu ailənin gündəlik ərzaq ehtiyacı da bu saya tam münasibdir. Ailədə bir gün ərzində 200 çörək, 5 kilo zeytun, 5 kilo pendir, 5 kilo halva və sair ərzaq məhsulları sərf olunur.K.Korkmaz ailəsi haqqında açıqlamasında bildirib ki, tələb olunan əksər ərzaq növlərini öz təsərrüfatları hesabına ödədikləri üçün həmin məhsullar ucuz başa gəlir.Maddi vəziyyətinin yaxşı olduğunu gizlətməyən çoxtərkibli ailə başçısı hər hansı məişət qayğısı çəkmədiklərini deyib.

OXŞAR XƏBƏRLƏR