Göygöldə döyülmə faktı qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.