Rusiya prezidenti Vladimir Putin və keçmiş gimnast olan sevgilisi Alina Kabaeva ilə bağlı hər kəsdən gizli saxladığı iddialar ölkə gündəmində müzakirə obyektinə çevrilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Putinin sevgilisinin hamilə olduğu və hətta körpənin cinsinin də məlum olduğu iddia edilib.
Putinin illərdir ki, gizlətdiyi iddia edilən münasibətdə cütlüyün əvvəllər də uşaqları olduğu qeyd edilsə də, Kreml, ya da Kabaeva bu iddialara cavab verməyib.
69 yaşlı Putin və 39 yaşlı Kabaevanın gizli eşq yaşadığı iddia edildiyi vaxtda, bəzi mənbələr cütlüyün qız övladı gözlədiyini qeyd edib.
Sosial mediada səsləndirilən iddialara Kremldən heç bir cavab verilməyib.
Gülay