7-ci sinif şagirdi “Mercedes”in altında qaldı

7-ci sinif şagirdi “Mercedes”in altında qaldı
Bütün Xəbərlər
08:14 24.06.2011
1653
İyunun 23-də Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Aşıq Qurban küçəsində Ruslan Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1997-ci il təvəllüdlü Abbasov Yasin Elman oğlunu vurub. Piyada hadisə yerindəcə ölüb.

Qeyd edək ki, hadisə Y.Abbasovun yaşadığı mənzilin qarşısında baş verib. 7-ci sinif şagirdi küçədə yoldaşları ilə oynayarkən bədbəxt hadisənin qurbanı olub.
OXŞAR XƏBƏRLƏR